Pakistan qüvvələri Ərəb dənizində təxminən 1 milyard dollar dəyərində narkotik vasitə ələ keçirib

Pakistan qüvvələri Ərəb dənizində təxminən 1 milyard dollar dəyərində narkotik vasitə ələ keçirib

10:27
Bəyəndim (2) Bəyənmədim (0)


Beynəlxalq Birləşmiş Dəniz Qüvvələri (CNF) koalisiyasının tərkibində fəaliyyət göstərən Pakistan hərbi gəmisi Ərəb dənizində dəyəri 972 milyon dollardan çox olan narkotik maddə daşıyan iki yelkənli gəmini ələ keçirib. AFP-nin məlumatına görə, ələ keçirmə əməliyyatı “48 saat ərzində” həyata keçirilib.

Bir neçə ton metamfetamin və az miqdarda kokain ələ keçirilib. Tutulan gəmilərin “millətinin olmadığı müəyyən edilib”.

CNF qərargahı Bəhreyndə yerləşən 29 dövlətdən ibarət koalisiyadır. CNF əməliyyatları həmçinin Bəhreyndə yerləşən ABŞ Dəniz Qüvvələri Mərkəzi Komandanlığı tərəfindən koordinasiya edilir.

Əziz MUSTAFA