Şiqeru İşibanın rəhbərlik etdiyi Yaponiya hökuməti istefa verib

Şiqeru İşibanın rəhbərlik etdiyi Yaponiya hökuməti istefa verib

12:45
Bəyəndim (1) Bəyənmədim (0)

Yaponiyanın baş naziri Şiqeru İşibanın rəhbərlik etdiyi hökumət istefa verib. İstefa qarşıdan gələn yeni baş nazir seçkiləri ilə əlaqədardır. Bu barədə Kyodo agentliyi xəbər verib

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) müxalifətdəki Yaponiya Yeniləmə Partiyası ilə LDP lideri Sanae Takaiçinin baş nazir seçilməsinə zəmanət verəcək koalisiya yaratmağa razılaşıb.

Oktyabrın əvvəlində Takaichi səsvermənin ikinci turunda LDP-nin yeni sədri seçildi. O, 341 səsdən 185 səs toplayıb. Onun rəqibi, keçmiş baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumi isə 156 səs toplayıb.

Əziz MUSTAFA