Suriya ordusu Deyr əz-Zorun şərq rayonlarına daxil olur

Suriya ordusu Deyr əz-Zorun şərq rayonlarına daxil olur

16:08
Bəyəndim (2) Bəyənmədim (0)


Suriya Daxili İşlər Nazirliyi bu gün elan etdi ki, ordu bölmələri ölkənin şərqində, Fərat çayı boyunca Deyr əz-Zor əyalətinin şərq rayonlarına daxil olmağa başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.
"Qüvvələrimiz bütün şəhər və kəndlərdə nizamlı yerləşdirmə planı çərçivəsində Deyr əz-Zor əyalətinin şərq rayonlarına daxil olmağa başlayıb", - deyə nazirliyin agentlikdə dərc olunan bəyanatında bildirilir.
Vəzifəli şəxslərin sözlərinə görə, bu addım "mülki əhalinin, dövlət və özəl əmlakın müdafiəsinə, həmçinin regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə yönəlmiş hərtərəfli təhlükəsizlik planına" uyğun olaraq atılıb.
Suriya hökuməti ötən həftə terror təşkilatı PKK/SDQ tərəfindən dəfələrlə razılaşmaların pozulmasından sonra ölkənin şərq və şimal-şərqindəki ərazilərə nəzarəti bərpa edərək hərbi əməliyyata başlayıb.
Suriya Prezidenti Əhməd əş-Şara bazar günü SDQ ilə atəşkəs və inteqrasiya haqqında hərtərəfli razılaşma elan edib ki, bu da bütün terrorçu hərbi birləşmələrin Fəratın şərq sahilinə geri çəkilməsini nəzərdə tutur.
Almaz Həsənli