NATO baş katibinin müavini Bakıya gələcək

NATO baş katibinin müavini Bakıya gələcək

12:26
Bəyəndim (2) Bəyənmədim (0)

NATO-nun Baş katibinin müavini Radmila Şekerinska yanvarın 21-də Azərbaycana səfər edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, xanım Şekerinska səfər çərçivəsində ölkənin xarici işlər naziri Ceyhun Bayramov, parlamentin sədri Sahibə Qafarova və Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov ilə görüşlər keçirəcək.

Həmçinin, Bakıya səfəri çərçivəsində o, "beyin mərkəzlərinin" nümayəndələri və Şimali Atlantika Alyansına üzv ölkələrin səfirləri ilə görüşəcək.

Almaz Həsənli