Tramp Suriya Prezidenti ilə telefon danışığı aparıb
Suriya Prezidenti Əhməd əl-Şaraa bazar ertəsi amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb. Danışıq zamanı tərəflər Suriyadakı hadisələri müzakirə edib, ölkənin birliyinə və terrorizmlə mübarizə səylərinə dəstəyi təsdiqləyiblər. Oxuməni.az xəbər verir ki, bu barədə Suriya dövlət başçısının dəftərxanası məlumat yayıb.
Dəməşq administrasiyasının bəyanatına görə, liderlər "Suriya ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasının vacibliyini" vurğulayıb və "sabitliyə nail olmaq üçün bütün səylərə" dəstək ifadə ediblər.
Tərəflər "Suriya dövləti çərçivəsində kürd xalqının hüquqlarını və müdafiəsini təmin etməyin" zəruriliyini vurğulayıblar.
Suriya prezident administrasiyasının məlumatında deyilir ki, prezidentlər həmçinin "İŞİD-lə mübarizədə və bu təşkilatdan gələn təhdidlərin aradan qaldırılmasında əməkdaşlığı davam etdirmək" barədə razılığa gəliblər.
Bu məlumata görə, hər iki lider "regional və beynəlxalq çağırışlara tab gətirə bilən güclü və vahid Suriya" görmək üçün ümumi istəklərini ifadə ediblər.
Telefon danışığı zamanı bir sıra regional məsələlərə də toxunulub, xüsusilə "Suriya üçün daha yaxşı gələcəyə doğru irəliləmək üçün yeni bir fürsət verməyin vacibliyi" vurğulanıb.
Almaz Həsənli

















































































.jpg)


