Almaniya kansleri Fridrix Merz Parisə səfər etməyi planlaşdırmır
Almaniya kansleri Fridrix Merz Parisə səfər etməyi planlaşdırmır. Bu barədə DPA xəbər agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat verib.
Merz 22 yanvarda İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak edəcək. Agentliyin mənbələri qeyd edib ki, çıxışından sonra o, birbaşa Brüsseldə keçiriləcək Aİ sammitinə gedəcək.
DPA daha əvvəl ABŞ administrasiyasının rəsmisinə istinadən ABŞ prezidenti Donald Trampın da Avropada olduğu müddətdə Parisə səfər etmək planının olmadığını bildirmişdi.
Ağ Ev rəhbəri əvvəllər Fransa prezidenti Emmanuel Makronun şəxsi mesajını dərc etmişdi. Makron yanvarın 22-də Parisdə G7 görüşünün təşkil edilməsini və Rusiya və Ukraynanı iştirak etməyə dəvət etməyi təklif etmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın bu görüşə dəvət almadığını bildirmişdi. DPA-nın məlumatına görə, Yelisey Sarayı Makronun həqiqətən də belə bir mesaj göndərdiyini təsdiqləyib.
Əziz MUSTAFA

























.jpg)
.jpg)
.jpg)




















































.jpg)
