Lukaşenko Trampın "Sülh Şurası"na üzvlük üçün 1 milyard dolların lazım olduğunu yalan adlandırdı

Lukaşenko Trampın "Sülh Şurası"na üzvlük üçün 1 milyard dolların lazım olduğunu yalan adlandırdı

10:17
Bəyəndim (2) Bəyənmədim (0)


Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın "Sülh Şurası" təşəbbüsündə iştirak etmək üçün 1 milyard dolların tələb olunduğu iddiasını yalan adlandırdı. Cənab Lukaşenko təşkilata qoşulma sənədini imzaladı.

"Bu xəstə insanlar bir daha özlərini axmaq etdilər. Sadəcə sənədi oxumaq lazımdır. Pula ehtiyac yoxdur", Aleksandr Lukaşenko jurnalistlərə bildirib .

Bloomberg, "Sülh Şurası"nın nizamnamə layihəsinə istinadən bildirib ki, daimi üzvlük əldə etmək üçün ölkələr ilk ildə 1 milyard dollar töhfə verməlidirlər. Nəşrin iddiasına görə, müvəqqəti üzvlük üç il müddətinə pulsuz təmin edilir.

Əziz MUSTAFA