Tunisdə yağışın yaratdığı daşqınlar dörd nəfərin ölümünə səbəb olub
Tunisdə son 70 ilin ən güclü yağışının yaratdığı daşqınlar nəticəsində ən azı dörd nəfər ölüb, Şimali Afrika ölkəsinin mülki müdafiə xidməti bildirib.
Bütün ölüm halları ölkənin şərq hissəsindəki Monastir şəhərində baş verib. Mosaique FM-in məlumatına görə, Monastir əyaləti, eləcə də Bizerte və Tunis üçün qırmızı həyəcan siqnalı verilib. Su basmış yollarda qalmış nəqliyyat vasitələrini təxliyə etmək üçün ölkə daxilində 100-dən çox xilasetmə əməliyyatı aparılıb. Xilasetmə qrupları yardım çağırışlarına cavab verməyə davam edir. Prezident Kais Səid ölkənin silahlı qüvvələrinə yardım işlərində iştirak etməyi əmr edib.
Bəzi əyalətlərdə dəmir yolu da daxil olmaqla ictimai nəqliyyat dayandırılıb, yollar qismən bağlanıb və paytaxt da daxil olmaqla bir çox şəhərdə dərslər ləğv edilib.
Dənizdə ildırım fırtınalarının yaratdığı tornadolar Tunisdə 19 yanvarda başlayıb və davamlı olaraq yağış yağmağa davam edir. Milli Meteorologiya İnstitutu son 24 saat ərzində görünməmiş yağışın 1950-ci ilin rekordunu keçdiyini bildirib.
Əziz MUSTAFA

















.jpg)
.jpg)
.jpg)




























































.jpg)
