Трамп Makronu 200 faizlik rüsumlarla hədələyib
ABŞ prezidenti Donald Tramp fransız həmkarı Emmanuel Makronu Fransadan gətirilən şərab və şampan məhsullarına 200 faizlik rüsum tətbiq etməklə hədələyib. Bu barədə “Reuters” məlumat verir.
Amerika prezidenti bu bəyanatı jurnalistlərin Makronun Qəzza üzrə "Sülh Şurası"na qoşulmaq təklifini rədd edə biləcəyini bildirməsindən sonra verib.
“Bloomberg”-in yazdığına görə, Tramp jurnalistlərə deyib: "Yaxşı, o, heç kimə lazım deyil, çünki tezliklə vəzifəsini tərk edəcək... Mən onun şərablarına və şampanına 200 faizlik rüsum tətbiq edəcəyəm və o, qoşulacaq." Emmanuel Makronun ikinci müddəti gələn il başa çatmalıdır. Fransa prezidenti növbəti seçkilərdə iştirak etməyəcəyini qeyd edib.
Donald Tramp "Sülh Şurası"nın yaradıldığını yanvarın 16-da elan edib. Həmin gün o, icra komitəsini təqdim edib. Komitəyə ABŞ dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr daxil olub. Təşkilatın nizamnaməsinə əsasən, şura ilkin olaraq Qəzza zolağındakı vəziyyətin tənzimlənməsinə diqqət yetirəcək, daha sonra digər münaqişələrə keçəcək.
Almaz Həsənli
















































































.jpg)


