Əksər Aİ ölkələri ABŞ-ın "Sülh Şurası"na qoşulmaq dəvətini rədd edib

Əksər Aİ ölkələri ABŞ-ın "Sülh Şurası"na qoşulmaq dəvətini rədd edib

12:44
Bəyəndim (2) Bəyənmədim (0)


Avropa İttifaqının (Aİ) əksər ölkələri ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilmiş "Sülh Şurası"na qoşulmaq üçün göndərilən dəvəti rədd edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Avropada bir çoxları "Sülh Şurası"nın qlobal münaqişələrin həlli üçün platforma kimi Birləşmiş Millətlər Təşkilatını (BMT) ikinci plana atacağından narahatdır. FT-nin həmsöhbətlərinin izah etdiyi kimi, Aİ-də Rusiya prezidenti Vladimir Putinin bu quruma dəvət olunması da narahatlıq doğurub.
"Sülh Şurası"nın yaradılması barədə ABŞ prezidenti yanvarın 16-da elan edib. İcraiyyə Komitəsinə dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq baş naziri Toni Bler daxil olub. Belarus prezidenti Aleksandr Lukaşenko, Macarıstanın baş naziri Viktor Orban, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan artıq şuradakı iştiraklarını təsdiqləyiblər.
“Bloomberg”-in məlumatına görə, ABŞ Şuradakı yer üçün 1 milyard dollar tələb edib, baxmayaraq ki, Belarus hakimiyyəti bunu təkzib edir. Rusiya hələlik razılıq verməyib. Sabah cənab Tramp şuranın yaradılması haqqında sazişi imzalamağı planlaşdırır.
Almaz Həsənli