Paşinyan Qəzza üzrə "Sülh Şurası"na dəvəti qəbul edib

Paşinyan Qəzza üzrə "Sülh Şurası"na dəvəti qəbul edib

11:43
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş Naziri Nikol Paşinyanı Qəzza üzrə "Sülh Şurası"na qoşulmağa dəvət edib. Ermənistan Baş Naziri dəvəti qəbul edib.

Oxuməni.az-ın “Sputnik Ermənistan”-a istinadən verdiyi məlumata görə, bu barədə onun mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.

Onun sözlərinə görə, Ermənistan sülh yolu ilə həllə sadiqliyini təsdiqləyir.

Əvvəlcə Tramp Qəzza üzrə "Sülh Şurası"nın yaradıldığını elan edib və yaxın vaxtlarda onun tərkibini açıqlayacağını bildirib. Dəvət Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da göndərilib.

2025-ci ilin noyabrında BMT Təhlükəsizlik Şurası Qəzza sektorundakı vəziyyətin həlli planını dəstəkləyən ABŞ qətnaməsini təsdiqləyib. Plan müvəqqəti beynəlxalq idarəetməni, ABŞ Prezidentinin sədrliyi ilə "Sülh Şurası"nın yaradılmasını və İsrail və Misirlə koordinasiyada beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

Almaz Həsənli