Çinin Tyançzin şəhərindən Bakıya Transxəzər marşrutu ilə ilk Çin-Mərkəzi Asiya qatarı yola düşüb

Çinin Tyançzin şəhərindən Bakıya Transxəzər marşrutu ilə ilk Çin-Mərkəzi Asiya qatarı yola düşüb

13:00
Bəyəndim (2) Bəyənmədim (0)


Bazar ertəsi günü Şimali Çinin Tyançzin şəhərindəki Tyançzin Konteyner Mərkəzindən Bakıya Transxəzər marşrutu ilə ilk Çin-Mərkəzi Asiya yük qatarı yola düşüb. Oxuməni.az-ın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə agentlik xəbər verib.
Paslanmayan polad borular və məişət texnikası kimi mallarla yüklənmiş bu qatar, "Çin Dəmir Yolları" Korporasiyasının Pekin şöbəsi tərəfindən idarə olunur. Qatar Xorqos (Sincan-Uyğur Muxtar Rayonu, Şimal-Qərbi Çin) sərhəd-keçid məntəqəsində dövlət sərhədini keçəcək və Aktau limanına (Qazaxıstan) çatacaq, oradan isə bu yüklər dəniz yolu ilə Bakıya çatdırılacaq.
Tyançzin Konteyner Mərkəzinin nümayəndəsi Yan Cünyun bildirib ki, bu yeni marşrut Tyançzini Azərbaycan, Qazaxıstan və digər ölkələrlə birləşdirən sabit və səmərəli yük kanalını yaradır.
Onun sözlərinə görə, qatar təxminən 7 min km məsafə qət edəcək və Bakıya təxminən 20 günə çatacaq ki, bu da ənənəvi dəniz daşımaları ilə müqayisədə təxminən 10 günə qənaət etməyə imkan verir.
Bakı şəhəri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas qovşağıdır. Bakıya çatdıqdan sonra bu yüklər Türkiyəyə və digər təyinat nöqtələrinə daşına bilər.
Almaz Həsənli