SOCAR Turkey Ankara hava limanındakı obyektlərin qaz təchizatını öz üzərinə götürür

SOCAR Turkey Ankara hava limanındakı obyektlərin qaz təchizatını öz üzərinə götürür

Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə törəmə şirkəti SOCAR Turkey ilə TAV Hava limanları arasında strateji əməkdaşlıq 2026-cı ildən yeni mərhələyə qədəm qoyub. Oxuməni.az xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat yayıb.

Əməkdaşlıq çərçivəsində SOCAR Turkey Ankara Esenboğa hava limanındakı obyektlərə qaz tədarükünə başlayıb.

Bununla bağlı SOCAR Turkey-in Təbii Qaz Kommersiya Bölməsinin rəhbəri Fuad İbrahimov və TAV Hava limanları qrupuna rəhbərlik edən Mete Ernan arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sabit qiymətli müqavilə strukturu ilə dəstəklənən bu yeni mərhələnin təkcə təchizat təhlükəsizliyini gücləndirməklə yanaşı, həm də TAV Hava limanlarının əməliyyat davamlılığına və xərclərin proqnozlaşdırılmasına töhfə verəcəyi gözlənilir.

2020-ci ildə Milas-Bodrum Hava Limanı, Qazipaşa-Alanya Hava Limanı və “TAV Airports”un mərkəzi ofisinə elektrik enerjisi tədarükü ilə başlayan əməkdaşlıq 2025-ci ilə qədər Ankara Esenboğa Hava Limanı və İzmir Adnan Menderes Hava Limanının obyektlərinin daxil edilməsi ilə genişləndirilib.

Qeyd edək ki, SOCAR Turkey "Gas-to-Power" konsepsiyası çərçivəsində "TAV Hava limanları" ilə əməkdaşlıqda elektrik enerjisi, təbii qaz və quraşdırma fəaliyyətlərini əhatə edən inteqrasiya olunmuş enerji idarəetmə modelinə keçib.

Nəticədə, "TAV Hava limanları"nın təxminən 75 min MVt/saat təşkil edən illik elektrik enerjisi ehtiyacı SOCAR Turkey tərəfindən ödənilməyə başlayıb. Elektrik enerjisi tədarükü ilə başlayan bu proses hazırda qaz və elektrik enerjisinin birgə optimallaşdırıldığı inteqrasiya olunmuş enerji idarəetmə modelinə çevrilib. Bu yanaşma əməliyyat davamlılığını, enerji səmərəliliyini və resurslardan səmərəli istifadəni dəstəkləyən hərtərəfli enerji həlli kimi xidmət edir.

Almaz Həsənli