Putin Trampdan Qəzza üzrə "Sülh Şurası"na daxil olmaq üçün dəvət alıb
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Qəzza zolağı üzrə "Sülh Şurası"na dəvət alıb. Oxuməni.az xəbər verir ki, bu barədə bazar ertəsi Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bəli, Prezident Putin diplomatik kanallar vasitəsilə bu Sülh Şurasının tərkibinə daxil olmaq üçün dəvət alıb. Hazırda biz bu təklifin bütün detallarını araşdırırıq, bütün nüansları aydınlaşdırmaq üçün Amerika tərəfi ilə əlaqələrə ümid edirik", - Peskov bildirib. Peskovun sözlərini "İnterfaks" agentliyi sitat gətirib.
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında “Sülh Şurası”nın yaradıldığını 16 yanvar 2026-cı ildə elan edib. Bu təşkilatın yaradılması Amerika liderinin Qəzza üçün sülh planına beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə yanaşı daxil idi. Şuranın beynəlxalq təşkilat kimi məqsədi sabitliyə kömək etmək, sülhü təmin etmək və münaqişələrin baş verdiyi və ya yaranma riski olan bölgələrdə "etibarlı və qanuni" idarəetməni bərpa etməkdir.
“Bloomberg”-in məlumatına görə, ABŞ hakimiyyəti Qəzza zolağı üzrə beynəlxalq Sülh Şurasında daimi yer almaq istəyən ölkələrdən ən azı 1 milyard dollar ödəmələrini xahiş edir. İcra Şurasının ilk sədri Prezident Tramp olub və o, təşkilata kimlərin üzv qəbul ediləcəyinə qərar verəcək. “Sülh Şurası”nın hər bir üzv dövləti üç ildən çox olmayan müddətə təyin edilir və bir səsə malik olacaq, şuranın qərarları səs çoxluğu ilə qəbul ediləcək, lakin onların hamısı sədr Trampın təsdiqinə tabedir.
Almaz Həsənli




































































.jpg)
.jpg)
.jpg)









.jpg)


