Ağ Ev rəhbəri Vaşinqton və Pekin arasında ədalətli ticarət razılaşmasına ümid edir

Ağ Ev rəhbəri Vaşinqton və Pekin arasında ədalətli ticarət razılaşmasına ümid edir

07:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ iki ölkə arasında ticarət münaqişəsi fonunda Çini hədələməkdə davam edir. Bununla bağlı prezident Donald Tramp deyib ki, ölkəsinin əlində Çini təhdid etməyə imkan verən çoxsaylı vasitələr mövcuddur. Ağ ev rəhbəri bu müstəvidə əd Çinə təyyarə ehtiyatları satılmasına məhdudiyyət qoya biləcəyi ilə Pekini hədələyib. O əlavə edib ki, ABŞ onları Çin üçün qurur və "böyük iş görür".

Bundan əlavə, Ağ Ev rəhbəri Vaşinqton və Pekin arasında ədalətli ticarət razılaşmasına ümid etdiyini bildirib. O, belə bir razılaşmanın hər iki ölkə üçün faydalı ola biləcəyini deyib.

Oktyabrın 11-də Tramp mövcud tariflərə əlavə olaraq, noyabrın 1-dən etibarən Çindən gələn bütün mallara 100% rüsum tətbiq edəcəyini açıqlayıb. Amerika lideri həmçinin “kritik proqram təminatı” üzrə ixrac nəzarətinin tətbiq olunduğunu açıqlayıb. Bu tədbirlər Çinin ticarətlə bağlı “son dərəcə aqressiv mövqeyi”nə cavab olaraq təqdim edilir.

Əziz MUSTAFA