Paris prokurorluğu Luvr soyğununun iki ehtimalını nəzərdən keçirir

Paris prokurorluğu Luvr soyğununun iki ehtimalını nəzərdən keçirir

07:50
Bəyəndim (1) Bəyənmədim (0)

.
Paris prokurorluğu Luvr oğurluğu ilə bağlı iki əsas ehtimal irəli sürüb: bu, sifarişlə və ya çirkli pulların yuyulması məqsədi ilə həyata keçirilə bilərdi. Fransa paytaxtının prokuroru Laure Becconun sözlərinə görə, mümkün xarici əlaqə nəzəriyyəsi prioritet hesab edilmir. Bu barədə Figaro qəzeti yazıb.

Bundan əvvəl muzeyin Apollon qalereyasından Napoleon və Jozefina kolleksiyasından doqquz zinət əşyası oğurlanmışdı. Onlardan biri artıq bərpa olunub.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oğrular kran və nərdivan vasitəsilə muzeyə pəncərədən daxil olub, daha sonra şüşəni kəsiblər. Onlar oğurluğu törətdikdən sonra skuterlərə minib qaçıblar. Oğurluqda dörd nəfərdən ibarət qrup iştirak edib, onlardan ikisi muzeyə girib.

Fransa prezidenti Emmanuel Makron oğurlanan qızıl-zinət əşyalarını geri qaytaracağını və günahkarların məsuliyyətə cəlb ediləcəyini vəd edib. Luvr bazar günü ziyarətçilər üçün bağlı idi.

Xatırladaq ki, oktyabrın 19-da naməlum şəxslər Parisdə Luvr muzeyini qarət ediblər. Bir vaxtlar Napoleon Bonaparta məxsus zinət əşyalarını və digər qiymətli əşyaları oğurlamaq quldurlara yeddi dəqiqə çəkib. Bu, Leonardo da Vinçinin şah əsəri olan Mona Lizanın oğurlandığı 1911-ci ildən bəri muzeydəki ən həyasız quldurluq idi.

Fransanın mədəniyyət naziri Raşida Dati TF1-ə verdiyi müsahibədə oğurlanmış əşyalardan birinin muzeyin yaxınlığında tapıldığını və yəqin ki, tərk edildiyini açıqlayıb.

Bir sıra fransız mediası bunun Fransanı idarə edən III Napoleonun həyat yoldaşı İmperator Yevgeniye məxsus 19-cu əsrə aid tac olduğunu.

Əziz MUSTAFA