Ronaldu 2025-ci ilin ən çox qazanan futbolçusu seçilib
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu “Forbes” jurnalına görə 2025-ci ilin ən çox qazanan futbolçusu seçilib. Reytinq jurnalın saytında dərc olunub.
Siyahıda maaş və idmandan kənar gəlirlər nəzərə alınır. Qeyd olunur ki, Ronaldunun ümumi illik gəliri vergilər və agent haqlarından əvvəl 280 milyon dollar (təxminən 22 milyard rubl) olub. Bu məbləğin 230 milyon dolları onun meydançadakı qazancından əldə olunub.
“İnter Mayami”nin hücumçusu Lionel Messi də təxminən 130 milyon dollar qazancla ikinci yeri tutaraq ilk üçlükdə qərarlaşıb. “Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzema ümumi qazancı 104 milyon dollarla üçüncüdür.
Ronaldu bundan əvvəl milyarder olan ilk futbolçu olub. Onun sərvəti 1,4 milyard dollar qiymətləndirilir.
Ronaldunun 41 yaşı gələn ilin fevralında tamam olacaq. Oktyabrın 3-də forvard 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya və Macarıstanla keçiriləcək oyun üçün Portuqaliya millisinə çağırılıb.
Kriştiano Ronaldo (“Əl Nəsr”) – 280 milyon dollar (230 milyon dollar meydanda + 50 milyon dollar meydandan kənarda);
Lionel Messi (“İnter Mayami”) – 130 milyon dollar (60+70);
Kərim Benzema (Əl İttihad) - 104 milyon dollar (100+4);
Kilian Mbappe (“Real Madrid”) – 95 milyon dollar (70+25);
Erlinq Haaland (Mançester Siti) - 80 milyon dollar (60+20);
Vinisius Junior (Real Madrid) - 60 milyon dollar (40+20);
Mohamed Salah (Liverpul) - 55 milyon dollar (35+20);
Sadio Mane (Əl Nəsr) - 54 milyon dollar (50+4);
Jude Bellinqhem (Real Madrid) - 44 milyon dollar (29 qol, 15 məhsuldar ötürmə);
Lamin Yamal (Barselona) - 43 milyon dollar (33 qol, 10 məhsuldar ötürmə).
Əziz MUSTAFA


















































































