
Rusiya əsas məsələdə Suriya lideri ilə razılığa gələ bilməyib
Suriya lideri Əhməd əş-Şaraanın son səfərinə və Vladimir Putinin “dostluğu dərinləşdirmək” təklifinə baxmayaraq, Rusiyanın Suriyadakı iki hərbi bazasının taleyi həll olunmamış qalır.
Oxuməni.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Suriyanın xarici işlər naziri Əsəd əl-Şibaninin bəyanatına istinadən “Asharq Al-Awsat” nəşrinə istinadən məlumat yayıb.
Əvvəlki rejimdə Rusiya ilə bağlanmış bütün razılaşmalar hazırda dayandırılıb və qəbuledilməz hesab olunur və yeni razılaşmalar hələ əldə olunmayıb.
Suriya xarici işlər nazirinin qeyd etdiyi kimi, Əhməd əş-Şaraa Moskvaya səfəri zamanı devrildikdən sonra Rusiyaya qaçan keçmiş prezident Bəşər Əsədin taleyi, həmçinin fikir ayrılıqları aradan qaldırılacağı təqdirdə mümkün əməkdaşlıq sahələrini müzakirə edib. Xarici işlər nazirinin sözlərinə görə, Moskva ilə münasibətlər Suriya xalqının maraqlarına uyğun qurulmalıdır və ölkə hakimiyyəti onların hüquqlarını poza biləcək güzəştlərə getmək niyyətində deyil.
İki əsas obyekt - Tartusdakı dəniz bazası və Latakiya yaxınlığındakı Xmeymim aviabazası Rusiyanın Yaxın Şərqdəki təsirinin əsas elementləri olaraq qalır. 2017-ci ildə Moskva və Dəməşq bu bazalardan 49 il müddətinə, 2066-cı ilə qədər istifadəyə dair müqavilə imzalayıb.
Lakin Suriyada hakimiyyət dəyişikliyindən sonra bu bazaların gələcəyi qeyri-müəyyən görünür. Rusiya bazaları məsələsi Suriya prezidenti Əhməd əş-Şaraanın Moskvaya səfəri zamanı müzakirə olunub. KİV-in məlumatına görə, tərəflər rus qoşunlarının mövcudluğunun müddəti və şərtləri ilə bağlı əsas məqamlar üzrə fikir ayrılıqlarını həll edə bilməyiblər.
Almaz Həsənli