İspaniyada Pikassonun 600 min avro dəyərində olan tablosu itib

İspaniyada Pikassonun 600 min avro dəyərində olan tablosu itib

11:42
Bəyəndim (3) Bəyənmədim (0)

İspaniyanın Milli Polisi Pablo Pikassonun Madriddən Qranadaya aparılarkən "Gitara ilə natürmort" əsərinin yoxa çıxması ilə bağlı araşdırma aparır, İdeal xəbər verir.

Rəsm təxminən 600.000 avroya sığortalanıb. Onun Caja-Granada Fondunun keçən həftə Qranadada açılan “Natürmort: Ətalətin Əbədiliyi” vernisajında ​​nümayiş etdirilməsi planlaşdırılırdı.

Mədəniyyət mərkəzindən bildirdilər ki, əsərləri nümayiş etdirmək üçün qablaşdırarkən qalereya işçiləri rəsmlərdən birinin əskik olduğunu anlayıblar. Nəticədə sərgi “Gitara ilə natürmort” olmadan açıldı.

Əvvəlcə İspaniyanın paytaxtında müxtəlif rəssamların əllidən çox əsəri saxlanılırdı, Qrenadada sərgi üçün nəzərdə tutulmuşdu. İspaniya mətbuatının yazdığına görə, rəsmlər üçün bütün saxlama və daşınma şərtlərinə ciddi əməl edilsə də, Pikassonun “Gitara ilə natürmort” əsəri tranzit zamanı yoxa çıxıb.

Hüquq-mühafizə orqanları rəssamın əsərinin oğurlandığına əmindirlər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bundan əvvəl Britaniyada 150 il əvvəl itirilmiş rəsm tapılmışdı.

Əziz Mustafa