Romada araşdırmaçı jurnalist Ranuççinin avtomobilini partladıblar

Romada araşdırmaçı jurnalist Ranuççinin avtomobilini partladıblar

12:22
Bəyəndim (2) Bəyənmədim (0)


Romada italyan araşdırmaçı jurnalist Siqfrido Ranuççi və qızının avtomobillərinə ziyan dəymiş partlayış baş verib. Hadisə oktyabrın 16-da axşam saatlarında İtaliya paytaxtının cənubunda, cənab Ranuççinin evinin yaxınlığında baş verib. Heç kim xəsarət almayıb. Bu barədə Kommersant məlumat yayıb.

Corriere della Sera isə cənab Ranucciyə istinadən yazır: "Qızım partlayışdan bir az əvvəl oradan keçirdi; o, ölə bilərdi". Nəşrin məlumatına görə, partlayış o qədər güclü olub ki, təkcə avtomobillərə deyil, onların saxlandığı evə də ziyan vurub. Bombanın maşının altına qoyulmasına jurnalistin özü aydınlıq gətirib.

Partlayış yerindən çəkilmiş videogörüntülərdə avtomobilin ciddi zədələnmiş kapotu və ətrafa bir neçə metr səpələnmiş çoxsaylı dağıntı parçaları görünür. Hadisə yerində xüsusi polis və yanğınsöndürənlər işləyir. Hadisənin bütün şəraiti araşdırılır.

Siqfrido Ranuççi “Rai” dövlət telekanalında “Hesabat” verilişinin aparıcısıdır. O, araşdırma jurnalistikası üzrə ixtisaslaşmışdır.

Əziz MUSTAFA