
Türkiyədə ən varlı milyarderlərin siyahısı dəyişib
Forbes jurnalı Türkiyədəki milyarderlər siyahısını yeniləyib. Nəşrin məlumatına görə, iki il dalbadal “Türkiyənin ən zəngin iş adamı” ünvanına sahib olan Murat Ülker birinciliyi “Çobaninin” sahibi Həmdi Ulukayaya verib.
Dünyaca məşhur Forbes jurnalı milyarderlərin siyahısını yeniləyib. 2023-cü ildən Türkiyənin ən zəngin iş adamı adı Yıldız Holdinqin idarə heyətinin üzvü Murat Ülker-ə məxsus idi, lakin yenilənmə ilə o, ikinci yerə enib. Onun yerinə son aylarda “Fənərbaxça” Futbol Klubuna sponsorluğu ilə məşhurlaşan Hamdi Ulukaya gətirilib.
Sərvəti təxminən 2,5 milyard dollar olan Ulukaya, ABŞ hökuməti ilə yaxın əlaqələri və müxtəlif ştatlarda açdığı fabriklər sayəsində son illərdə bazar payını əhəmiyyətli dərəcədə artırdı. Şirkət səhmləri və digər investisiyalar da daxil olmaqla, Ulukayanın ümumi sərvəti 13,7 milyard dollara yüksəlib.
İkinci yerdə 5,4 milyard dollar sərvətlə Murat Ülker, üçüncü yerdə isə 4,7 milyard dollarla Şaban Cəmil Kazancı gəlir.
Əziz MUSTAFA