Limp Bizkit qrupunun basçısı Sem Rivers vəfat edib

Limp Bizkit qrupunun basçısı Sem Rivers vəfat edib

10:37
Bəyəndim (1) Bəyənmədim (0)

Limp Bizkit qrupunun basçısı Sem Rivers 48 yaşında vəfat edib. Qrup ölüm xəbərini rəsmi İnstaqram səhifəsində elan edib

"Bu gün biz qardaşımızı, qrup yoldaşımızı, ürəyimizi itirdik", - bəyanatda deyilir.

Rivers qrup üçün sadəcə bir bas ifaçıdan daha çox sehri insan idi..

Limp Bizkit 1994-cü ildə Floridada yaradılıb. Rivers qrupun qurucu üzvü idi. O, studiya albomlarını yazdırıb və qrupla birlikdə dünya üzrə qastrol səfərlərində olub. Adam nu metal janrında ən tanınan bas ifaçılarından biri idi. Mövcud olduğu müddətdə qrup üç Grammy Mükafatına namizəd olub və bütün dünyada 40 milyondan çox albom satıb.

Bundan əvvəl Kiss-in həmtəsisçisi Ace Frehley 74 yaşında vəfat edib. Ölümün səbəbi keçən ay yıxılaraq aldığı xəsarətlərdən yaranan fəsadlar olub. Musiqiçi öz studiyasında yıxılıb və nəticədə beyninə qan sızıb. Hadisədən sonra Frehli planlaşdırılan konsertlərini ləğv etsə də, vəziyyəti yaxşılaşmayıb.

Bundan əvvəl “The Moody Blues” rok qrupunun solisti vəfat edib.

Əziz MUSTAFA