“Sky Sports”, Kriştianu Ronaldunun karyerasında 1000-ci qolunu nə vaxt vuracağını proqnozlaşdırıb

“Sky Sports”, Kriştianu Ronaldunun karyerasında 1000-ci qolunu nə vaxt vuracağını proqnozlaşdırıb

17 Oktyabr 13:20
Bəyəndim (1) Bəyənmədim (0)


“Sky Sports”, portuqaliyalı hücumçu Kriştianu Ronaldunun peşəkar karyerasında 1000 qol vurma həddinə nə vaxt çatacağını proqnozlaşdırıb. Təhlil oyunçunun klub və ölkə üçün qol vurma nisbətinə əsaslanır.
Kriştianu Ronaldunun aktivində hazırda 948 qol var. Onun son iki qolu DÇ-2026-nın seçmə mərhələsində Macarıstana qarşı oyunlarda (2:2) olub. Proqnozda 40 yaşlı forvardın oynaya biləcəyi klub və ölkə matçlarının sayı nəzərə alınıb.
Mənbənin sözlərinə görə, Kriştianu Ronaldu 2026-cı ilin oktyabrında 1000-ci peşəkar qolunu vuracaq. Gələn ilin sonuna qədər portuqaliyalı karyerasında 1008 qol vuracaq. Bu mövsüm Ronaldu klubda 6 oyunda 5 qol vurub.
Almaz Həsənli