ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edib

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edib

12:18
Bəyəndim (0) Bəyənmədim (0)

ABC News xəbər verir ki, amerikalı senator Lindsi Qrem ABŞ Konqresinin Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməsi zərurəti ilə bağlı öz fikrini bildirib.

Qanunvericinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ilk olaraq onlar birlikdə qolf oynayarkən bu qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

"Dünən mən prezidentlə qolf oynayan zaman o, əvvəlcə mənə dedi ki, bu qanunvericilikdə irəliləyişin vaxtı çatıb", - deputat bildirib.

Aprelin əvvəlində ikipartiyalı senatorlar qrupu bu qanunu təqdim etdi. Sənədin əsas sponsorları senatorlar Qrem və Konnektikut ştatını təmsil edən demokrat Riçard Blumental idi. Onların təşəbbüsü Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini, o cümlədən Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-ın idxalına 500% rüsumların tətbiq edilməsini təklif edir.

Bundan əvvəl Medvedev ABŞ-ı Rusiyaya qarşı bütün sanksiyaları ləğv etməyə çağırıb.

Əziz Mustafa