
"Real Madrid"in hücumçusu Vinisius Junior həbs edilə bilər
"Real Madrid"in hücumçusu Vinisius Junior ad gününü qeyd etmək üçün təşkil etdiyi böyük ziyafət zamanı asayişi pozmaqda ittiham olunub. Bu barədə Mundo Deportivo xəbər verir.
İşə kiçik cinayətlər üzrə ixtisaslaşmış Rio-de-Janeyro Xüsusi Cinayət Məhkəməsi baxır. İstintaqın aparılmasına futbolçunun üç gün ərzində ad gününü qeyd etdiyi yerin yaxınlığında yaşayan qonşunun şikayəti səbəb olub. Xüsusi icarəyə götürülmüş malikanədə ümumilikdə 500-ə yaxın qonaq olub.
Narahatlıqla bağlı şikayət edən şəxs hətta hərbi polisə də zəng etdiyini, polisin qonaqlardan musiqini söndürməyi və daha sakit olmağı tələb etdiyini bildirib. Hüquq-mühafizə orqanları hətta hadisə yerinə gələrək əyləncə iştirakçılarını sakitləşdirməyə nail olublar, lakin polis getdikdən sonra heç kim bu əmrlərə əməl etməyib.
Braziliya qanunlarına görə,vətəndaşıarın rahatlığını pozmağa görə, 15 gündən üç aya qədər həbs və ya cəriməni nəzərdə tutur. Məhkəmənin noyabrın 6-na təyin edildiyi bildirilir.
Əziz MUSTAFA