
Qazaxıstanda 19 yaşlı futbolçu oyun zamanı dünyasını dəyişib
Qazaxıstan Futbol Federasiyasına istinadən xəbər verir ki, Qazaxıstan Birinci Liqasının 25-ci turunda keçirilən “Xan-Tenqri” – “Ekibastuz” matçında “Kayrat”ın yetirməsi olan 19 yaşlı Dias Toleu dünyasını dəyişib. Bu barədə Mail.ru.sport xəbər verir
Futbolçu oyun zamanı qəfildən pisləşib və 65-ci dəqiqədə heç bir səbəb olmadan meydançaya yıxılıb. Onu xərəkdə meydançadan çıxarıblar. Daha sonra federasiyanın mətbuat xidməti onun vəfatını açıqlayıb.
Qazaxıstan Futbol Federasiyası artıq onun ailəsinə, dostlarına və komanda yoldaşlarına başsağlığı verib.
Baş katib David Loria və Peşəkar Klublar Arasında Yarışlar Direktorluğunun rəhbəri Baxytjan Pazılxayr hadisənin səbəblərini araşdırmaq üçün təcili olaraq Almatıya uçublar. Yaxın vaxtlarda aidiyyatı orqanlarla birgə insidentin rəsmi şəkildə araşdırılması üçün xüsusi komissiya yaradılacaq.
Diaz Toleu Kairat akademiyasının yetirməsidir. O, 2006-cı il mayın 4-də Almatıda anadan olub. 2024-cü ilin aprelində "Xan-Tenqri"yə keçib. Qazaxıstan Birinci Liqasının cari mövsümündə gənc vinger 18 matçda qol vurmadan meydana çıxıb.
O, “Kayrat”ın gənclər komandasında 15 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib.
Əziz MUSTAFA