
10 il ərzində çəkilmiş vəhşi təbiət fotosu
Uzun müddət tərk edilmiş almaz mədəni yaşayış məntəqəsinin qalıqları arasında qonur bir kaftarın fotoşəkili Vim van den Heverə “İlin Vəhşi Təbiət Fotoqrafı” adını qazandırdı.
“BBC”-nin Rus xidmətinin məlumatına görə, van den Hever yaxınlıqda təzə kaftar izləri gördükdən sonra kamera tələsini Atlantik okeanından əsən dəniz dumanı arasında ağıllıca yerləşdirib.
"Nəhayət, təsəvvür edilə bilən ən mükəmməl kadrda qəhvəyi bir kaftarın bu bir şəklini çəkmək üçün mənə 10 il lazım oldu," – o deyir.
Qonur kaftar - kaftarlar arasında ən az rast gəlinən növdür. Əsasən gecə fəaliyyətində olurlar və adətən tək yaşayırlar. Lakin, bəzən Namibiyada, Lüderits yaxınlığındakı Kolmanskop ərazisindən keçərək, Kap dəniz pişiklərinin balalarını ovlamaq və ya Namib səhrasının sahilinə atılmış leşləri tapmaq üçün axtarışa çıxırlar.
Van den Hever mükafatı Londonun Təbiət Tarixi Muzeyində alıb və qalib fotoşəkillər oktyabrın 17-dən iyulun 12-dək sərgilənəcək.
Almaz Həsənli