
Azərbaycan prezidenti Qazaxıstana dövlət səfəri edəcək
Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 20-21-də Qazaxıstanda dövlət səfərində olacaq. İki dövlət başçısı yüksək səviyyəli danışıqlar aparacaq.
Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinin vaxtı açıqlanıb: Azərbaycan lideri qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 20-də Astanaya iki günlük səfərə gələcək. Bu barədə Oxuməni.az “Akorda”ya istinadla xəbər verir.
Səfər zamanı iki dövlət başçısı yüksək səviyyəli danışıqlar aparacaq. “Sputnik Qazaxıstan” xəbər verir ki, onlar Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda da iştirak edəcəklər.
Xatırladaq ki, Qazaxıstan lideri Kasım-Jomart Tokayev 2024-cü il martın 11-də Azərbaycana səfər edib. Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığa dair sazişlər imzalanıb.
Almaz Həsənli