
Brigit Bardo ağır xəstədir və xəstəxanaya yerləşdirilib
Nice-Matin xəbər verir ki, fransız aktrisa Bricit Bardo səhhətində ciddi problemlər yaşayır və üç həftədir xəstəxanadadır.
Qəzetin yazdığına görə, fransız kino əfsanəsi Tulondakı özəl xəstəxanaya yerləşdirilmək üçün yaşadığı Sen-Tropeni tərk etmək məcburiyyətində qalıb. Nice-Matin iddia edir ki, o, orada "ciddi xəstəlik səbəbindən əməliyyat olunub".
Qəzet yazır ki, 91 yaşlı Bricit Bardonun bir neçə günə xəstəxanadan çıxacağı gözlənilir, lakin onun vəziyyəti narahatlıq doğurur. Qəzet əlavə məlumat vermir.
Xanım Bardo bu il artıq xəstəxanaya yerləşdirilib. Aprel ayında o, ağır tənəffüs çatışmazlığı səbəbindən təcili xəstəxanaya yerləşdirilib. O, reanimasiya şöbəsinə yerləşdirildi, lakin keçmiş aktrisa əməliyyatdan imtina etdi.
Əziz Mustafa
Digər xəbərlər