Tramp ölümündən sonra Çarli Kirki Azadlıq medalı ilə təltif edib

Tramp ölümündən sonra Çarli Kirki Azadlıq medalı ilə təltif edib

11:39
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp mühafizəkar fəal Çarli Kirki ölümündən sonra Azadlıq medalı ilə təltif edib. Oxuməni.az “CNN”-ə istinadən xəbər verir ki, Kirkin dul arvadı Erika mükafatı qəbul edib.
Tramp mükafatlandırma mərasimini Yaxın Şərq səfərindən Ağ Evə qayıtdıqdan bir neçə saat sonra keçirib. ABŞ prezidentinin sözlərinə görə, o, mükafatlandırma mərasimini təxirə salmağı düşünüb, lakin Çarli Kirkin 32-ci doğum günündə mükafatın təqdim edilməsi vacib olduğu üçün bundan imtina edib.
Prezidentin Azadlıq medalı ABŞ-da ən yüksək mülki mükafatdır. O, həm amerikalılara, həm də əcnəbilərə Birləşmiş Ştatların təhlükəsizliyinə və milli maraqlarına, dünya sülhünün qorunmasına, habelə mədəniyyətə və digər ictimai, hökumət və ya özəl təşəbbüslərə verdiyi töhfələrə görə təqdim olunur.
Almaz Həsənli