Sarkozi oktyabrın 21-də həbs cəzası çəkməyə başlayacaq

Sarkozi oktyabrın 21-də həbs cəzası çəkməyə başlayacaq

11:27
Bəyəndim (2) Bəyənmədim (0)


“AFP”-nin mənbələrə istinadən verdiyi məlumata görə, sentyabrın sonunda beş il müddətinə azadlıqdan məhrum edilən Fransanın keçmiş prezidenti Nikola Sarkozi oktyabrın 21-də Parisdəki “Sante” həbsxanasında cəza çəkməyə başlayacaq.
Həmin gün Paris maliyyə prokurorluğu Sarkozinin gələcək həbsinin şərtlərini açıqlayıb. “France Info”nun məlumatına görə, keçmiş prezident doqquz kvadrat metrlik təkadamlıq kamerada “həssas şəxslər bölməsi”nə yerləşdiriləcək. Ona həftədə üç dəfə baş çəkməyə icazə veriləcək. Onun mobil telefonuna da çıxışı olacaq, lakin ancaq hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilmiş nömrələrə zənglərə icazə verilir.
Sarkozi həqiqətən də həbs olunarsa, o, müharibədən sonra ilk Fransa lideri və Aİ üzvü olan bir ölkənin həbsdə olan ilk sabiq prezidenti olacaq. Lakin yaşı 70-dən yuxarı olduğu üçün cəzasının azaldılması üçün müraciət edə bilər. Məsələn, o, cəzasını həbsxanada deyil, elektron qolbaq taxmaq öhdəliyi ilə çəkə bilərdi. Belə bir müraciətlə bağlı qərar iki ay ərzində verilməlidir.
Xatırladaq ki, sentyabrın 25-də Paris məhkəməsi keçmiş Fransa prezidentini Liviyanın 2007-ci il seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməsi işində cinayətkar sui-qəsddə təqsirli bilib. Fransa prokurorluğunun məlumatına görə, keçmiş Liviya diktatoru Müəmmər Qəddafi hakimiyyəti dövründə Sarkozinin 2007-ci il seçki kampaniyasına dəstək üçün təxminən 50 milyon avro ianə edib.
Almaz Həsənli