
NATO Şimal dənizi üzərində nüvə təlimləri keçirir
NATO-nun Şimal dənizi üzərindəki hava məkanında keçirilən “Steadfast Noon” təlimi başlayıb. Təlimlər oktyabrın 24-dək davam edəcək.
NATO-nun baş katibi Mark Rutte verdiyi açıqlamada təlimlərin planlaşdırıldığını bildirib. Onların heç bir cari dünya hadisəsi ilə əlaqəsi və faktiki nüvə silahı yoxdur. “Biz təlimlər keçirməliyik, çünki onlar bizə nüvə qarşısının alınmasının mümkün qədər etibarlı, təhlükəsiz və effektiv qalmasını təmin etməyə kömək edir”, - Rutte bildirib.
Əsas baza Hollandiyanın Volkeldəki aviabazası və Belçikanın Kleine Brogel şəhərindəki hərbi bazaları, həmçinin Lakenheath (Böyük Britaniya) və Skrydstrup (Danimarka) bazaları olacaq. Təlimlərdə 2000-ə yaxın hərbçi, hava manevrlərində isə NATO-nun 14 ölkəsindən 70-dən çox təyyarə iştirak edir. Onların arasında Avropada yerləşdirilmiş Amerika nüvə bombalarını daşıya bilən alman qırıcıları da var. Təlimlərə həmçinin havada yanacaq dolduran təyyarələr, kəşfiyyat vasitələri və hava-desant komanda məntəqəsi daxildir.
NATO vurğulayır ki, “Steadfast Noon” adi bir təlimdir və Rusiyanın son hava məkanının pozulmasına cavab deyil. Keçən il cənab Rutte demişdi ki, NATO həm də bu təlimə “İstənilən düşmənə Alyansın öz üzvlərini müdafiə etməyə hazır olduğuna dair siqnal” kimi baxır.
Əziz Mustafa