Zelenski, ABŞ-ın tədarük etdiyi halda “Tomaqavk”  raketləri üçün hədəfləri adlandırdı

Zelenski, ABŞ-ın tədarük etdiyi halda “Tomaqavk”  raketləri üçün hədəfləri adlandırdı

11:33
Bəyəndim (1) Bəyənmədim (0)

Bazar günü, Ukrayna prezidenti Vladimir Zelenski “Fox News”-a müsahibəsində bildirib ki, ABŞ onun ölkəsinə uzaq mənzilli “Tomaqavk” qanadlı raketləri tədarük edərsə, onlardan rusiyalı mülki şəxslərə hücum etmək üçün istifadə edilməyəcək.

"Yalnız hərbi hədəflər. Biz heç vaxt onların (rusiyalıların - red.) mülki əhalisinə hücum etməyəcəyik", - Zelenski bazar günü brifinqində deyib.

“Axios”-un sözlərinə görə, oktyabrın 11-də liderlərin söhbəti zamanı mümkün “Tomaqavk” tədarükü mövzusu da qaldırılıb. "Biz görürük və eşidirik ki, Rusiya amerikalıların bizə "Tomaqavklar" verə biləcəyindən qorxur. Bu, məhz bu cür təzyiqin sülhə töhfə verə biləcəyinə işarədir", - Zelenski bazar günü onların söhbətindən sonra yazıb.

“The Telegraph” yazır ki, sentyabrın sonunda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində Trampla qapalı görüşdə Ukrayna prezidenti ondan 1250-2500 km uçuş məsafəsinə malik “Tomaqavk” raketlərini verməyi xahiş edib. Bu arada “Reuters” bu raketlərin Ukraynaya tədarükünü çətin hesab edib, çünki ABŞ-ın mövcud ehtiyatı ilk növbədə ABŞ Hərbi Dəniz Qüvvələri və digər məqsədlər üçün nəzərdə tutulub. “Reuters” mənbələri daha qısa mənzilli raketlərin tədarük ehtimalının daha yüksək olduğunu bildirib. Məsələn, 2024-cü ildə Ukraynaya gətirilən ATACMS raketləri 300 km-ə qədər məsafədəki hədəfləri vura bilir.

Almaz Həsənli