
Tramp İsrailə səfərə gəlib
ABŞ Prezidenti Donald Tramp İsrailə səfərə gəlib, onun yerli parlamentdə çıxış edəcəyi gözlənir. Bu barədə “Reuters” xəbər verir.
ABŞ prezidenti Knessetdəki çıxışından sonra Qəzzada müharibəyə son qoymaq üçün zirvə toplantısı üçün Misirə gedəcək. Ben-Qurion hava limanına çatan Trampı İsrailin baş naziri Benyamin Netanyahu və prezidenti İsaak Hersoq qarşılayıblar.
Oktyabrın 9-da ABŞ lideri İsrail və HƏMAS-ın Qəzza zolağına dair sülh planının birinci mərhələsinə dair saziş imzaladığını açıqlayıb. ABŞ lideri izah edib ki, bu, bütün girovların “çox tez” azad edilməsi və İsrail qoşunlarının razılaşdırılmış xətt üzrə çıxarılması deməkdir.
Daha sonra Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı zirvə toplantısının keçiriləcəyini açıqlayıb. Sammitdə iştirak etmək üçün 20 ölkənin lideri dəvət olunub.
Almaz Həsənli