
Pakistan Kabildə pakistanın Taliban liderini öldürüb
“Tolo News” xəbər verir ki, Pakistan Taliban lideri Nur Vəli Mahsudu (Taliban terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) daşıyan Land Cruiser Kabildə pilotsuz təyyarənin hücumu nəticəsində məhv edilib.
Hücum cümə axşamı axşam Əbdül Haq qovşağında baş verib. Land Cruiser havadan hücuma məruz qalıb və yandırılıb. "Hökumət sözçüsü partlayışı təsdiqləyib, lakin təfərrüatları açıqlamaqdan imtina edib", - RİA Novosti “Tolo News”-a istinadən yazır.
Şəhərdə iki partlayış baş verib, onlardan biri pilotsuz təyyarənin hücumu nəticəsində olub. Şahidlərin sözlərinə görə, pilotsuz təyyarə zərbədən sonra bir neçə dəqiqə ərazinin üzərində dövrə vurub. Qeyri-rəsmi Pakistan mediası zərbənin “həmin ölkə” tərəfindən həyata keçirildiyini iddia edir. Əfqanıstan hakimiyyəti Pakistandakı qruplaşmaya hər hansı dəstəyi qəti şəkildə inkar edir.
Almaz Həsənli