Ukrayna Belçikadan onlarla F-16 qırıcısı alacaq

Ukrayna Belçikadan onlarla F-16 qırıcısı alacaq

12:08
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna artıq ilk beşinci nəsil F-35 qırıcılarını almağa başlayan Belçikadan əlavə F-16-lar alacaq. Bu barədə “Defence Express” məlumat yayıb.

Belçikanın 7 ildir gözlədiyi yeni F-35-lər artıq 1-ci eskadrona təyin ediləcəyi Floren hava bazasına çatıb. Onlar 2027-ci ilə qədər sürətli cavab əməliyyatları aparmağa hazır olmalıdırlar. Bu arada, Belçika F-16-larını 2028-ci ilə qədər saxlayacaq, o zaman ki, onlar tamamilə beşinci nəsil qırıcılarla əvəz olunacaq.

Köhnə qırıcılar tədricən ölkənin hərbi hava qüvvələrinin tərkibindən çıxarılacaq, bundan sonra onlar Ukraynaya göndəriləcək. Belçika üçün F-35 sifarişi Amerikanın Lockheed Martin şirkəti tərəfindən yerinə yetirilir. İlkin razılaşmaya görə, ilk qırıcıların 2023-cü ildə gəlməsi nəzərdə tutulurdu, lakin onlar 2024-cü ildə hazırlanıb və ABŞ-da pilotların təlimi üçün istifadə olunub.

Nəşr proqnozlaşdırır ki, bu, 2026-cı ildə ilk Belçika F-16-larının Ukraynaya təhvil verilməsinə imkan verəcək. Bu, Ukraynanın hava donanmasını gücləndirəcək və müdafiə qüvvələri üçün əlavə döyüş uçuşlarını təmin edəcək.

Əziz Mustafa