ABŞ Səhiyyə naziri sünnəti autizmlə əlaqələndirdi

ABŞ Səhiyyə naziri sünnəti autizmlə əlaqələndirdi

12:34
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ Səhiyyə və Sosial Xidmətlər Naziri kiçik Robert F. Kennedi bildirib ki, sünnət və autizm arasında sıx əlaqə mövcuddur. Onun sözlərini "New York Post" qəzeti yayıb.
Kennedi Nazirlər Kabinetinin iclası zamanı prezident Donald Trampa deyib: "Erkən sünnət edilən uşaqlarda autizm riskinin iki dəfə çox olduğunu göstərən iki araşdırma var və onlara Taylenol (parasetamol – red.) verilmə ehtimalı yüksəkdir".
Nazir hansı tədqiqatı nəzərdə tutduğunu dəqiqləşdirməyib, lakin 2015-ci ildə Danimarkada Z nəslinin təqribən 343 000 üzvü üzərində aparılan araşdırma sünnət edilmiş oğlanların sünnət olunmamış həmyaşıdları ilə müqayisədə 10 yaşından əvvəl autizm inkişaf etdirmə ehtimalının daha yüksək olduğunu göstərib. Tədqiqatçılar fərz ediblər ki, erkən cərrahi müdaxilənin ağrı və stressi sonrakı həyatda neyroinkişaf, davranış və psixoloji problemlər riskini artıra bilər.
Kennedinin açıqlaması Trampın Taylenolun hamilə qadınlarda qızdırma olmadığı halda onlar üçün "faydalı olmadığını" söylədikdən iki həftə sonra gəldi və bunun uşaqda autizm riskini artıra biləcəyi barədə xəbərdarlıq etdi.
Prezident anaları ağrı hiss etdikdə “səbirli olmağa” çağırıb və dərmanların təlimatlarının yenilənməsini tələb edib.
Almaz Həsənli