Pasxa adasındakı sirli heykəllərin necə hərəkət etməsi sirri açıldı

Pasxa adasındakı sirli heykəllərin necə hərəkət etməsi sirri açıldı

11:53
Bəyəndim (1) Bəyənmədim (0)


Alimlər arxeologiyanın ən çaşdırıcı sirlərindən birini həll etdilər: Pasxa adasının sakinləri 80 tona qədər çəkisi olan daş heykəlləri necə yerindən tərpətə bildilər. Beynəlxalq antropoloqlar qrupunun dərc etdiyi tədqiqat göstərib ki, moailər yerə sürüklənməyib, əksinə, yanlardan sağa-sola yellənərək, sözün əsl mənasında "yeriyərək" quraşdırılacaqları yerə aparılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
3D modelləşdirmə və dörd tonluq heykəlin surəti üzərində aparılan eksperimentlər vasitəsilə tədqiqatçılar sübut ediblər ki, qədim Rapanui sakinləri moailərə iplər bağlayaraq onları ziqzaqvari hərəkətlə yellədirək hərəkət etdiriblər. Bu texnika azsaylı insanların iri moailəri xüsusi bir səy göstərmədən onlarla metr məsafəyə daşımasına imkan verib. "Heykəl bir dəfə yellənməyə başlayanda, o artıq özü hərəkət edir, – deyə Binqemton Universitetindən professor Karl Lipo izah edib. – Sadəcə ritmi qorumaq kifayətdir."
Məlum olub ki, heykəllərin forması və mailliyi xüsusi olaraq bu hərəkət üsulu üçün nəzərdə tutulub: geniş D formalı baza və irəliyə baxan ağırlıq mərkəzi sabit və təbii hərəkəti təmin edib. Bundan əlavə, adada eni təxminən 4,5 metr olan xüsusi “moai yolları” qorunub saxlanılmışdır, bu, heykəllərin “gəzmək” üçün idealdır.
Kəşf nəinki daş nəhənglərinin “özləri gəzdiyi” qədim əfsanələri təsdiqlədi, həm də Rapanui xalqının qabaqcıl mühəndislik bacarıqlarını nümayiş etdirdi.
Almaz Həsənli