Didye Deşam: "Azərbaycanda oynamaq ehtirası var və son nəticədən sonra itirəcəkləri heç nə yoxdur"

Didye Deşam: "Azərbaycanda oynamaq ehtirası var və son nəticədən sonra itirəcəkləri heç nə yoxdur"

10:12
Bəyəndim (2) Bəyənmədim (0)

"Azərbaycanda oynamaq ehtirası var və son nəticədən sonra itirəcəkləri heç nə yoxdur".

Bunu Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri ev oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib. Qarşılaşma cümə günü, oktyabrın 10-da Parisin "Park des Princes" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

"Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Azərbaycanın oynamaq ehtirası var və son nəticəsindən (Ukrayna ilə heç-heçə ) itirəcəkləri heç nə yoxdur. Biz onlara heç bir şans verə bilmərik. Altı xalımız var, bu o demək deyil ki, biz artıq irəliləmişik.

Oyunçularımız böyük komandaların oyunçularını tanıyırlar, amma Azərbaycan onlar üçün qeyri-müəyyən yığmadır. Ukrayna ilə heç-heçə etdilər. Onların heyətində Çempionlar Liqasında çıxış edən "Qarabağ"dan yeddi futbolçu var. Qorxmaq olmaz, amma çox şey bizdən asılı olacaq”, - deyə Deşam bildirib.

Əziz MUSTAFA