
İsrail hökuməti HƏMAS ilə razılaşmanı təsdiqləyib
İsrail hökuməti HƏMAS ilə girovların azad edilməsi haqqında sazişi təsdiqləyib. Fələstinlilər üç gün ərzində bütün girovları azad etməyi öhdələrinə götürüblər. Bu barədə “The Times of Israel” məlumat yayıb.
Razılaşmaya əsasən, İsrail ordusu anklav ərazisinin təxminən 53%-nə nəzarəti saxlayaraq Qəzza zolağı daxilində yeni mövqelərə çəkiləcək. Bunun ardınca HƏMAS 72 saat ərzində terrorçular tərəfindən saxlanılan bütün 48 israilli girovu azad edəcək.
Təhlükəsizlik cinayətlərinə görə məhkum edilmiş təxminən 2000 fələstinli məhbusun müqabilində girovların azad edilməsi və İD qüvvələrinin qismən çıxarılması ABŞ prezidenti Donald Trampın Qəzza sülh planının birinci mərhələsini təşkil edir.
Radikal maliyyə naziri Bezalel Smotriçin Dini Sionist partiyasından nazir Ofir Sofer də daxil olmaqla, kabinet nazirlərinin əksəriyyəti sazişin lehinə, kabinetin qalan nazirləri isə onun əleyhinə səs verib.
Ultramillətçi Otzma Yehudit partiyasının heç bir üzvü sənədi dəstəkləməyib.
Əziz MUSTAFA