
Peru prezidentinə impiçment elan edilib
“TASS” hökumət orqanının iclasının yayımına istinadən xəbər verir ki, Peru parlamenti ölkədə cinayətlərin sayının artması fonunda prezident Dina Boluartenin impiçmentinə səs verib.
Dövlət başçısının vəzifədən kənarlaşdırılması ilə bağlı qərar yekdilliklə qəbul edilib.
Peru Konqresinin prezidenti Xose Xeri deyib: "Respublika prezidentini vəzifədən kənarlaşdıran qətnamə təsdiqləndi".
İmpiçment səsverməsi 23:30-a (Bakı vaxtı ilə 8:30) təyin edilib. Boluartenin uzaqlaşdırılması ilə bağlı 4 vəsatət baxılmaq üçün təqdim edilib. Hamısı hökumətin cinayətlə mübarizə siyasətinin iflasa uğradığını bildirdi. İmpiçment üçün 87 qanunvericinin səsi tələb olunurdu.
2024-cü ilin dekabrında Peru Baş Prokurorluğu prezident Dina Boluarteyə qarşı vəzifəsini yerinə yetirməmək və vəzifəsini tərk etməkdə şübhəli bilinərək ilkin istintaqa başlayıb.
Almaz Həsənli