Gürcüstanda prezident iqamətgahına basqın cəhdi ilə bağlı həbslər artıb

Gürcüstanda prezident iqamətgahına basqın cəhdi ilə bağlı həbslər artıb

10:19
Bəyəndim (1) Bəyənmədim (0)


Gürcüstanda oktyabrın 4-də Tbilisidə prezident iqamətgahına basqın etmək cəhdi ilə bağlı daha 12 şübhəli saxlanılıb.
Oxuməni.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze keçirdiyi brifinqdə məlumat verib.
“Saxlanılanlar qrup zorakılığında iştirak etməkdə və strateji və xüsusilə mühüm obyekti ələ keçirməyə cəhddə ittiham olunublar”, - deyə “İnterfaks” onun sözlərini sitat gətirib.
Ümumilikdə, Daraxvelidze aydınlaşdırıb ki, prezident iqamətgahına basqın cəhdinin 35 iştirakçısı, o cümlədən beş şübhəli təşkilatçı saxlanılıb.
Oktyabrın 4-də Tbilisidə yerli seçkilər fonunda müxalifətin etiraz aksiyası keçirilib və bu aksiya polislə toqquşmaya çevrilib. Bir neçə min etirazçı Rustaveli prospektini və Azadlıq meydanını bağlayıb, daha sonra Orbelianidəki prezident sarayına doğru yollanıb və binaya girməyə cəhd edib.
Baş nazir İrakli Kobaxidze hadisəni ölkədə “beşinci dövlət çevrilişinə cəhd” adlandırıb. O, hadisənin arxasında xarici qüvvələrin olduğunu iddia edib.
Almaz Həsənli