Rusiya 25 000-ə qədər kubalını Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır

Rusiya 25 000-ə qədər kubalını Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır

08:17
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya xarici qoşunlardan asılılığını artırır və kubalılar indi diqqət mərkəzindədir. Onların kütləvi şəkildə iştirakı münaqişənin mahiyyətini dəyişir və yeni təhlükəsizlik məsələlərini gündəmə gətirir. Bu barədə “Forbes” nəşri məlumat yayıb.

Moskva fəal şəkildə itkilərini xarici muzdlularla əvəz edir. Ukrayna kəşfiyyatı bildirir ki, 25 000-ə qədər kubalı Rusiya üçün döyüşə bilər ki, bu da onları cəbhədəki ən böyük xarici kontingentə çevirir.

"Putin rejimi kubalı muzdluları cəlb etməkdən faydalanır", - Ukrayna kəşfiyyatı qeyd edib ki, bir əcnəbinin ölümü Rusiya daxilində ictimai narazılığa səbəb olmur və təzminat tələb etmir.
Kubalılar üçün əsas stimul pul olaraq qalır: ayda vəd edilən iki min dollar adadakı orta maaşdan on dəfələrlə yüksəkdir. Bəziləri könüllü olaraq müqavilələr imzalayır, bəziləri isə aldadıldıqlarını iddia edir - Rusiyada tikinti işləri təklif edir, lakin sonda cəbhəyə göndərilir. Havananın rəsmi təkziblərinə baxmayaraq, analitiklər hesab edirlər ki, hökumətin razılığı olmadan kütləvi şəkildə işə qəbul etmək mümkün deyil.
Kubalıların cəlb olunması Kremlə müharibə aparmağa, daxili itkiləri azaltmağa və siyasi sabitliyi qorumağa kömək edir. Eyni zamanda, əcnəbilər döyüş təcrübəsi və müasir döyüş bacarıqları, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə bacarıqları əldə edirlər.

Ekspertlər xəbərdarlıq edirlər ki, Kuba bölmələrinin iştirakı Ukrayna cəbhəsində təzyiqi artırmaqla yanaşı, hərbi təcrübənin digər regionlara daha da yayılması riskini yaradır.

Əziz MUSTAFA