Avropa Çinə qarşı: sərfəli olan elektrik avtomobili “Hipster” təqdim edilib

Avropa Çinə qarşı: sərfəli olan elektrik avtomobili “Hipster” təqdim edilib

14:49
Bəyəndim (1) Bəyənmədim (0)


“Groupe Renault”-un bir hissəsi olan “Dacia” brendi ucuz Çin elektrik avtomobillərinə rəqabətqabiliyyətli alternativ ola biləcək elektrik minikar prototipini təqdim edib. Bu barədə “Reuters” xəbər verir.
"Kütləvi istehsal mümkün olarsa, biz hazırıq", -bu yaxınlarda “Mercedes-Benz”-dən gəlmiş “Dacia”-nın baş direktoru Ketrin Adt bildirib.
“Hipster” təxminən 90 km/saat maksimal sürətə və 150 ​​km məsafə qət edəcək.
“Hipster Concept” in uzunluğu 3 metr, eni 1,55 metr , hündürlüyü 1,53 metr və çəkisi isə 800 kq-dan azdır. Konsept dörd sərnişin üçün nəzərdə tutulub. Baqajın tutumu bütün oturacaqlarla birlikdə 70 litrdən iki nəfərlik konfiqurasiyada 500 litrə qədərdir. Arxa qapı yuxarı və aşağı açılan iki hissədən ibarətdir. Arxa başlıqlar oturacaqlardan ayrıdır və düz yükləmə səthi yaratmaq üçün yanlara qatlanır. “Hipster” təxminən 90 km/saat maksimal sürətə və 150 km məsafə qət edəcək.
“Dacia”, qiyməti aşağı salmaq üçün modeli maksimum dərəcədə sadələşdirib. “Hipster”-də parça oturacaqlar və qapı tutacaqları əvəzinə açma kəmərləri var. Avtomobildə yalnız minimum elektronika quraşdırılıb.
İstehsal modelinin 15.000 avrodan (Təxminən 29 740 manat-red.) aşağı qiymətə pərakəndə satışı gözlənilir. Müqayisə üçün qeyd edək ki, Çinin “BYD Dolphin Surf” elektrik avtomobili satışa çıxarıldığı zaman Avropada təxminən 20.000 avroya satılıb.
Xatırladaq ki, “Renault” və “Stellantis” Aİ-də kiçik avtomobillərin yeni kateqoriyasının yaradılması kampaniyasına rəhbərlik edirlər. Onların, xüsusən də təhlükəsizlik baxımından daha böyük avtomobillərə nisbətən daha az məcburi xüsusiyyətlərə malik olacağı gözlənilir. Mütəxəssislər hesab edirlər ki, bu, çəki və xərcləri azaltmağın yeganə yoludur.
Almaz Həsənli