Fransanın baş naziri Nazirlər Kabinetinin ilk iclasından əvvəl istefa verib

Fransanın baş naziri Nazirlər Kabinetinin ilk iclasından əvvəl istefa verib

12:44
Bəyəndim (2) Bəyənmədim (0)


Fransanın baş naziri Sebastien Lekornyu təyinatından bir ay keçməmiş istefa verib. Onun Nazirlər Kabinetinin ilk iclası bu gün keçirilməli idi.
“Le Figaro” və “BFM TV” xəbər verir ki, prezident Makron artıq Lekornyunun istefasını qəbul edib. Lekornyunun səlahiyyət müddəti müasir Fransa tarixində baş nazir üçün ən qısa müddətdir.
Ötən axşam Lekornyu yeni kabinetinin tərkibini açıqladı. Əsas vəzifələri prezident Makronun tərəfdarları və əvvəlki hökumətin nazirləri tuturdu. “BFM TV” xəbər verir ki, bu, müxalifətin kəskin tənqidinə səbəb olub.
Almaz Həsənli