Aİ Gürcüstan hakimiyyətinin iğtişaşlardakı rolu ilə bağlı iddialarını “qətiyyətlə rədd edir”

Aİ Gürcüstan hakimiyyətinin iğtişaşlardakı rolu ilə bağlı iddialarını “qətiyyətlə rədd edir”

11:23
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas və Avropa komissarı Marta Kos bütün tərəfləri Gürcüstandakı seçkilər zamanı zorakılıqdan çəkinməyə çağırıb. Onların bəyanatı Aİ-nin Gürcüstandakı nümayəndəliyinin saytında dərc olunub.

Siyasətçilər hakimiyyətdən vətəndaşların sərbəst toplaşmaq hüququna hörmətlə yanaşmağı və bütün tərəflərin sakit və təmkinli olmalarını xahiş ediblər.

Kallas və Kos hesab edir ki, Gürcüstanda yerli seçkilər “müxalifətin genişmiqyaslı sıxışdırılması” fonunda keçirilib. Press-relizdə vurğulanır ki, Aİ respublikada baş verən hadisələrdə onun rolu ilə bağlı dezinformasiyanı “qəti şəkildə rədd edir” və pisləyir . Aİ-nin ölkədəki səfirinə hücumları pisləyir.

"Bütün siyasi aktorlar və vətəndaş cəmiyyəti nümayəndələri arasında konstruktiv və inklüziv dialoq vacibdir", - press-relizdə deyilir.

Əziz Mustafa