
ABŞ şirkəti Özbəkistanda 100-ə qədər yanacaqdoldurma məntəqəsi tikməyi düşünür
Gulf və Uzbekneftegaz Özbəkistanda təxminən 100 milyon dollar dəyərində yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisinə dair memorandum imzalayıblar. Bu barədə energetika naziri məlumat verib.
Nazirlikdən verilən məlumata görə, layihə tamamilə xarici təsisçi tərəfindən həyata keçiriləcək. Planlar yolkənarı infrastrukturun inkişafı çərçivəsində ölkənin bütün regionlarında, ilk növbədə, əsas yolların kənarında 100-ə qədər yanacaqdoldurma məntəqəsinin tikintisini nəzərdə tutur.
Yanacaqdoldurma məntəqələri üçün yanacaq Respublika Əmtəə və Xammal Birjasında ümumi şərtlərlə alınacaq, həm də xaricdən gətiriləcək. "Özbəkneftqazdan heç bir xüsusi imtiyaz və ya birbaşa tədarük nəzərdə tutulmur", - Energetika Nazirliyi qeyd edib.
Nazirlik izah edib ki, memorandum “Özbəkneftqaz”ın dövlət tərəfdaşı kimi iştirakı ilə imzalanıb və bu layihənin ölkədə həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Əziz Mustafa