Birləşmiş Ştatlar Qətərə unikal təhlükəsizlik zəmanəti verib

Birləşmiş Ştatlar Qətərə unikal təhlükəsizlik zəmanəti verib

14:14
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp, Birləşmiş Ştatların Qətərin ərazisinə, suverenliyinə və ya infrastrukturuna hər hansı silahlı hücumu öz təhlükəsizliyinə təhdid hesab edəcəyini bildirən misli görünməmiş sərəncam imzalayıb. Müvafiq sənəd Ağ Evin saytında dərc olunub.
Sərəncama əsasən, Qətərə hücum olarsa, Vaşinqton diplomatik, iqtisadi və lazım gələrsə, hərbi tədbirlər kompleksini tətbiq etməyə hazırdır. Sərəncamda vurğulanır ki, bu hərəkətlər ABŞ və Qətərin maraqlarını müdafiə etmək, həmçinin sülh və sabitliyin bərpasına yönələcək.
Bu zəmanətlərin fərqləndirici xüsusiyyəti onların müstəsna xarakteridir: Birləşmiş Ştatlar əvvəllər heç bir ərəb ölkəsinə təhlükəsizlik üzrə belə birbaşa öhdəliklər verməmişdir.
Sərəncam həmçinin istənilən xarici təcavüzə tez və koordinasiyalı cavabın təmin edilməsi üçün Doha ilə birgə planlaşdırmanı nəzərdə tutur.
Almaz Həsənli