Pentaqon müharibəyə hazırlaşmağa çağırıb

Pentaqon müharibəyə hazırlaşmağa çağırıb

10:16
Bəyəndim (1) Bəyənmədim (0)

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn deyib ki, Birləşmiş Ştatlar potensial hərbi münaqişəyə hazır olmalıdır. Onun açıqlamalarının yayımı PBS NewsHour YouTube kanalında yayımlanıb.

Keyn qeyd edib ki, ABŞ qlobal risklərin sürətlə artdığı dinamik, potensial təhlükəli dövrlərdə yaşayır. General əlavə edib ki, Vaşinqtonun rəqibləri bu gün əvvəlkindən daha koordinasiyalı şəkildə hərəkət edirlər.

Sentyabrın 30-da ABŞ-ın müdafiə naziri Pit Heqset generallar və admirallarla görüşdə Pentaqonun yeni missiyasının müstəsna olaraq döyüş əməliyyatları olacağını açıqlayıb.

Sentyabrın 5-də ABŞ prezidenti Donald Tramp Pentaqonun Müharibə Departamentinin adının dəyişdirilməsi ilə bağlı sərəncam imzaladığını açıqlayıb.

Əziz Mustafa