Belqorod sakinləri partlayışlardan sonra elektrik və suyun kəsilməsindən şikayətlənirlər

Belqorod sakinləri partlayışlardan sonra elektrik və suyun kəsilməsindən şikayətlənirlər

10:37
Bəyəndim (1) Bəyənmədim (0)

Partlayışlardan sonra Belqorodun bəzi yerlərində elektrik enerjisi kəsilib. Bu barədə yerli Telegram kanalları məlumat yayıb.

Bir sıra rayonların sakinləri elektrik enerjisinin kəsilməsi barədə məlumat veriblər. Bəziləri su təchizatının kəsilməsindən də şikayətlənir. Belqorodun bəzi yerlərində tüstü görünür. Belqoroddan uzaqda yerləşən Çernyanka kəndi və Starıy Oskol şəhərində də elektrik enerjisinin kəsildiyi bildirilir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalı vasitəsilə regionun hər yerində raket təhlükəsi olduğunu elan edib.

Ötən axşam Belqorod raket hücumuna məruz qalıb. Yola düşən raket ticarət obyektinin pəncərə şüşələrini zədələyib. Şəhərdə çoxmərtəbəli binada iki mənzilin pəncərələri uçub. Qəlpələr 10 avtomobilə ziyan vurub.

Əziz Mustafa